Minalı əraziyə daxil olmaq istəyənlər saxlanıldı – Foto

Minalı əraziyə daxil olmaq istəyənlər saxlanıldı – Foto

Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in mətbuat xidmətinin regional qrupundan AzerTimes-a bildirilib ki, oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.

Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Teqlər: