Minaların təmizlənməsində sülhməramlılar da iştirak edəcək

Minaların təmizlənməsində sülhməramlılar da iştirak edəcək

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“RMK komandanlığı ilə ANAMA və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə minalardan təmizləməsinin razılaşdırılması ilə bağlı danışıqlar aparılıb”, – deyə qeyd edilir.

Bildirilir ki, sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmin edilməsi və humanitar normalara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.

Teqlər: