Minalardan əziyyət çəkənlərin problemləri həll olunmalıdır. Biz
minalardan azad dünya qurmalı, səylərimizi birləşdirməliyik.
Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva Humanitar Mina Fəaliyyəti və
Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında
çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şəxslərin və icmaların təhlükəsizliyi üçün
minaların təmizlənməsi prosesi vacibdir.
“Hamımız evə qayıtmaq istəyirik, amma ətraf minalardan
təmizlənməyibsə, insan özünü evindəki kimi hiss edə bilməyəcək.
Mina təhlükəsi çox böyükdür. Biz minalardan azad dünya qurmalıyıq,
səylərimizi birləşdirməliyik”, – deyə V.Andreyeva vurğulayıb.