Minalar insanların öz evlərinə qayıtması üçün ən böyük əngəldir – amerikalı ekspert

Ağdam. Elçin Mehdiyev – Trend:

Bəzən Qərb mətbuatı o erməniləri müharibə əsirləri adlandırırdı, ancaq onlar müharibədən sonra Azərbaycan ərazilərinə girmək və azərbaycanlılara hücum etmək istəyirdilər.

AzerTimes-ın məlumatına görə, bunu amerikalı ekspert Brenda Şefer Ağdama səfəri zamanı deyib.

O qeyd edib ki, insanlar 30 il idi ki, öz doğma torpaqlarına qayıtmaq üçün gözləyirdilər: “Onlar bu müddət ərzində öz yurdlarından kənarda yaşayıblar. Minalar onların qayıtması üçün ən böyük əngəldir”.

Teqlər: