Xəbər - Elçin Mehdiyev – Trend:
Minalar ətraf mühitin çirklənməsinə səbəb olur. AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.
H.Hacıyev bildirib ki, minalanmış ərazilərlə minalanmamış əraziləri müqayisə edərkən minalanmış ərazilərin nə qədər çirklənməyə məruz qaldığını aydın görmək mümkündür.
PA rəsmisi bildirib ki, minaların və partlamamış sursatların tərkibindəki zərərli maddələr ətraf mühitə xeyli dərəcədə ziyan vurur: “Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Minalanmış ərazilərin xəritəsini verməməklə həm insanların ölümünə, ağır yaralanmasına səbəb olur, həm də ətraf mühitə ciddi ziyan vurur”.