Xəbər - Cani Babayeva – Trend:
Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına da təsir göstərir.
Bunu Trend-ə rusiyallı ekspert, tarix elmləri namizədi Natalya Yeryomina deyib.
O bildirib ki, mina sahələrinin xəritəsi olmadan ərazini stabilləşdirmək və regionda əlaqələrin bərpa olunması yönündə irəliləmək mümkün olmayacaq.
Ekspert Ermənistanın mina xəritələrini verməməsini ciddi problem adlandırıb:
“Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın sülhməramlı missiyasına da təsir edir. Fikrimcə, Rusiya tərəfi öz tapşırıqlarını yerinə yetirə bilmək üçün minalar barədə məlumatları almaqda maraqlıdır”.
(Tərcümə: Orxan Nəbiyev)