Xəbər - Orxan Nəbiyev – Trend:
Qarabağda rusiyalı sülhməramlıların minaya düşməsi və iki nəfərin yaralanması barədə məlumat sosial şəbəkələrdə rusiyalı istifadəçilər tərəfindən hiddətlə qarşılanıb.
AzerTimes-ın məlumatına görə, “Facebook” sosial şəbəkəsində yazan istifadiçələr Qarabağda minalanmış ərazilərin xəritəsinin verilməsini tələb edib.
İstifadəçilərdən biri yazıb: “Minaları kim yerləşdiribsə, onları önə buraxmaq lazımdır. Ondan sonra bizim uşaqlar getsin. Mina xəritələri mütləq verilməlidir!”
Digər istifadəçi isə yazıb ki, Ermənistan öz məsələsini özü həll etməlidir: “Niyə bizim uşaqlar kimlərəsə görə ölməlidir? Mina xəritələri niyə verilmir?”
Qeyd edək ki, bir neçə gün əvvəl rusiyalı sülhməramlıların olduğu yük maşınının minaya düşməsi barədə məlumatlar yayılmışdı. İki hərbçinin yaralandığı deyilirdi.