Bütün humanitar məsələlər maksimum operativ həll olunmalıdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında AzerTimes-ın sualına cavab olaraq deyib.
O bildirib ki, bu, həm həlak olanları meyitlərinin qaytarılmasına, həm də minalanmış ərazilərin xəritəsinə aiddir:
“Bu məsələ Yerevanda müzakirə olunub. İlkin addımlar atılıb. Hesab edirik ki, bu məsələ tezlikllə həll olunacaq”.