Mina xəritələri, ermənistandaxili situasiya, livanli terrorçunun məhkəmə prosesi – “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Ermənistan müharibəni uduzduğunu etiraf edib atəşin dayandırılmasına dair bəyanatı imzalasa da, heç bir beynəlxalq sazişə, müharibə qanunlarına riayət etmir. Bu da Ermənistanın təcavüzkar və iyrənc siyasətinin bariz nümunəsidir.

Müharibədən sonra minalanmış ərazilərin xəritələrinin təqdim olunması sülhə doğru atılmış daha bir addım olardı. Lakin Ermənistan tərəfi bu xəritələri verməməklə bir daha göstərir ki, bu ölkə öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Belə olan halda BMT və beynəlxalq təşkilatlar, eləcə də, bir sıra dövlətlər hərəkətə keçməli və təcavüzkara qarşı təzyiqləri artırmalıdır. Hamı başa düşməlidir ki, ərazilərin, yolların minalardan təmizlənməsi sülhə və təhlükəsiz həyata açılan yoldur. Bu, həm də onlarla, yüzlərlə insan həyatının xilası, eləcə də mədəni abidələrin mühafiəsi deməkdir.

AzerTimes-ın məlumatına görə, AzTV-nin “Əsas məsələ” verilişində Elnar Məmmədlinin təqdimatında “Mina xəritələri, ermənistandaxili situasiya, livanli terrorçunun məhkəmə prosesi” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputati Hikmət Məmmədov, hüquq elmləri doktoru, professor Habil Qurbanov və xalq artisti Mənsum İbrahimov mövzu ətrafında müzakirə aparıblar.

İnformasiya ədstəkçisi TREND

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: