Mina terrorunun daha bir qurbanı: Ermənilər ağlagəlməyən tələlər qurublar – Trend TV-nin REPORTAJI

Ağdam. Aslan Məmmədli – Trend:

Bir müddət əvvəl Ağdamın işğaldan azad edilmiş Yusifcanlı kəndində ata ocağını ziyarətə getmək istəyən bir ailənin üzvləri minaya düşüb.

Həmin zaman yaralılara köməyə gedənlərdən biri də əslən Laçından olan, hazırda Ağdamda məskunlaşan Bəhruz Abdulov olub. Bəhruz yaralı vəziyyətdə yerdə uzanan zərərçəkənlərə yardım etmək istəyərkən özü də minaya düşüb.

AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu Bəhruz Abdulovun evində qonaq olub, onun səhhəti ilə maraqlanıb. Bəhruz Abdulov hadisə zamanı bədninin müxtəlif nayihələrindən çoxsaylı xəsarətlər alıb, xeyli müddətdir ki, intensiv müalicə olunur.

Zərərçəkmiş bildirib ki, ərazi təsəvvür edilə bilməyəcək şəkildə minalanıb: “Ayağını hara atırsan, minadır, minaların sayı-hesabı yoxdur. Ermənilər ağlagəlməyən tələlər qurublar. Təəssüf ki, biz də məsluyyətsizlik etdik və nəticəsi ortadadır. Əslində köməyə getmişdik, amma özümüz də yaralandıq”.

Bəhruz Abdulov onu da bildirib ki, insanlar öz kəndlərini, el-obalarını, evlərini görməyə, ziyarət etməyə can atırlar. Amma bu olduqca təhlükəlidir. Bəzən onların həyatı, sağlamlığı bahasına başa gəlir:

“Mən bütün vətəndaşlara müraciət edirəm, xahiş edirəm, icazəsiz həmin ərazilərə getməsinlər, əks halda həyatlarını təhlükəyə atmış olurlar”.

Teqlər: