Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan 44 günlük Vətən müharibəsində 30 illik erməni işğalına son qoydu. Lakin müharibə bitsə də, təhlükə hələ də bitməyib. Azərbaycan ordusu Ermənistanın yerüstü arsenalını məhv etsə də, yeraltı minalar hələ də can almaqda davam edir.
AzerTimes-ın məlumatına görə, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.
U.Mirzəyev bildirib ki, minalar daha çox mülki təyinatlı ərazilərdə basdırılmaqla mülki əhalinin həyatına ciddi təhlükə yaradır: “Ermənistan beynəlxalq qanunları pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir.
U.Mirzəyev əlavə edib ki, mina təhlükəsinin qarşısının alınması üçün hökumət və vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir.