Mina partlayışları ən çox bu ərazilərdə baş verir

Mina partlayışları ən çox bu ərazilərdə baş verir

Mina hadisələrinin əksəriyyəti keçmiş sərhəd xəttindən kənarda baş verir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

“Mina partlayışlarının 70 faizinin keçmiş sərhəd xəttindən kənarda baş verməsi onu göstərir ki, minalar məntiqsiz və qeyri-peşəkar şəkildə yerləşdirilib. Bu səbəbdən, əməkdaşlar təmizləmə prosesinə həddindən artıq diqqətlə yanaşırlar.

Bu günədək 148 min hektardan çox ərazi minalardan təmizlənib. 124 mindən çox mina və partlamamış hərbi sursat isə zərərsizləşdirilib”, – o qeyd edib.

Teqlər: