Milyarderin evi yandı

Milyarderin evi yandı

Rusiyanın paytaxtı Moskvanın Arbat küçəsində rusiyalı milyarder Dmitri Ozerskiyə məxsus mənzildə yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı yazıb.

Starokonyuşenni prospektində iş adamının 300 metr uzunluğunda evində mebel, asma tavan və şəxsi əşyalar yanıb.

Ozerskinin özü isə hazırda şəhərdə olmadığını və hadisədən xəbərsiz olduğunu bildirib. Qonşular hadisənin qısaqapanmadan baş verdiyini iddia edirlər. Hadisə yerinə gələn yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüb, xəsarət alan olmayıb.

Teqlər: