Rusiyada hökumətin və Mərkəzi Bankın son 12 ildə apardığı maliyyə siyasəti səbəbindən nə əsaslı iqtisadi artım, nə də əsas əhali qruplarının gəlirlərində artım müşahidə olunur.
AzerTimes xəbər verir ki, bunu rusiyalı milyarder Oleq Deripaska Teleqram kanalında yazıb.
“Şərqi Afrikadakı babuinlər kimi neft və qaz gəlirlərinin hesabına çətinliklə yaşayırıq. Həm Sibirin, həm də Uzaq Şərqin inkişafını yenidən təxirə salırıq”, – milyarder bildirib.
Milyarder yazısının sonunda Vikipediyadan babuinlər haqqındakı məqalənin linkini də yerləşdirib.