Dünən ABŞ-ın Florida ştatında tüğyan edən “Milton” qasırğası nəticəsində azı 9 nəfər həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bundan əlavə, ştatda 3 minə yaxın sakin işıqsız qalıb.
Qeyd edək ki, oktyabrın 7-də ABŞ Prezidenti Co Bayden yaxınlaşan qasırğa ilə bağlı Florida ştatında fövqəladə vəziyyətin elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsi üçün göstəriş verib.