Xəbər - Fərid Zöhrabov – Trend:
Sosial şəbəkələrdə yayılan məlumatlara görə dünəndən “MilliÖn”ün bir neçə terminalında ödəmə ilə bağlı problem yaranıb.
Məsələ ilə bağlı “MilliÖN” ödəniş sisteminin operator şirkəti olan “Komtec” MMC-nin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva Trend-ə bildirib ki, problem ödəmə terminallarında deyil.
O qeyd edib ki, “MilliÖN” ödəniş sistemində dünən, bu gün heç bir problem olmayıb:
“MilliÖN”dən keçən ödənişlər hamısı uğurlu olub, ödəmədə heç bir çətinlik müşahidə olunmur. Problem banklarla bağlıdır.”