“MilliÖn”də “BakıKart”a ödəniş nə vaxt bərpa olunacaq? – Şirkətdən açıqlama

Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:

“MilliÖn” ödəniş terminallarındakı “BakıKart” sistemində yeniliklərin tətbiqi ilə bağlı işlər aparılır.

Bu barədə AzerTimes-a həmin terminalların quraşdırılması və texniki dəstəyi ilə məşğul olan “Komtec” şirkətindən bildiriblər.

Şirkətdən qeyd olunub ki, uyğunlaşdırma işləri başa çatdıqdan sonra vətəndaşlar yenidən “BakıKart”ın balansını “MilliÖn” terminallarından doldura biləcək.


Qeyd edək ki, martın 29-da səhər saatlarında Bakı sakinləri “MilliÖn” terminallarından “BakıKart”ın balansının doldurulması zamanı çətinliklərlə üzləşib.

Teqlər: