Millinin müharibə ilə bağlı açıqlaması Ağ Evi qorxutdu

Millinin müharibə ilə bağlı açıqlaması Ağ Evi qorxutdu

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin Moskva və Kiyev arasında dialoqun mümkünlüyü ilə bağlı bəyanatı rəsmi Vaşinqtonda ciddi narahatlığa səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

“İndi Birləşmiş Ştatlarda mükəmməl mülki-hərbi fırtına riski var. General Millinin strateji instinktləri onun parlaq siyasi ambisiyaları qədər qeyri-müəyyəndir”, – məqalədə deyilir.

Müəllifin fikrincə, Milli təcrübəli siyasətçi kimi unikal dərəcədə geniş təsirə malikdir və ABŞ-da istefada olan hərbçilərin hökumətin ən yüksək eşelonlarına keçidi tendensiyası daha çox adamı hakimiyyətə gətirəcək ki, onların da fikirləri Ağ Evin və Konqresdəki çoxluğun mövqeyinə ziddir.

Qeyd edək ki, M.Milli açıqlamalarının birində Ukraynanın qələbəsinin mümkünsüzlüyünə işarə edərək, qarşıdan gələn qışda Kiyev və Moskva arasında danışıqların başladılmasının vacibliyini söyləmişdi.

Teqlər: