Millimizin üzvü koronaya yoluxdu

Millimizin üzvü koronaya yoluxdu

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Mədinə Musayeva koronavirusa yoluxub.

AzerTimes xəbər verir ki, bu barədə qapıçının özü açıqlama verib.

O bildirib ki, avqustun 3-də verdiyi COVID-19 testinin nəticəsi müsbət çıxıb. Həndbolçu bu səbəbdən yığma ilə birlikdə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yollana bilməyib.

Musayeva sonradan 3 ayrı ekspress testdən keçib və nəticələr mənfi olub. Buna baxmayaraq, o, hələ də karantində olduğunu söyləyib.

Federasiyadan bildirilib ki, Musayevada həqiqətən koronavirus aşkarlanıb və o, qaydalara görə, avqustun 9-da yenidən test verməlidir. Həmin analizin nəticəsi mənfi çıxsa, həndbolçu Konyaya yollanaraq, milli komandaya qoşula biləcək.

Qeyd edək ki, Azərbaycan millisi İslamiadada ilk oyununu bu gün Kamerun seçməsinə qarşı keçirəcək. Yığma avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.

Teqlər: