Millimizin qapıçısı Qazaxıstan klubunda

Millimizin qapıçısı Qazaxıstan klubunda

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirəcək.

AzerTimes xəbər verir ki, 31 yaşlı qolkiper “Atırau” klubuna keçib. O, icarə əsasında Qazaxıstan komandasında çıxış edəcək.

Qeyd edək ki, R.Hüseynli daha əvvəl Rusiyanın “Torpedo” klubunun formasını geyinib.

Teqlər: