Millimizin Portuqaliya ilə oyun üçün heyəti açıqlandı

Millimizin Portuqaliya ilə oyun üçün heyəti açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

AzerTimes AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 24 futbolçuya dəvət göndərib.

Yığmanın heyəti: Aytac Şərifova (“Hakkarigücü”, Türkiyə), Nərgiz Əliyeva, Yeliz Acar, Peritan Bozdağ (“Fatih Vətən”, Türkiyə), Günay İsmayılova, Aysun Əliyeva, Manə Mollayeva , Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə (hamısı “Neftçi”), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Nərgiz Hacıyeva (“Aktobe”, Qazaxıstan), Kamilla Məmmədova (“Okjetpes”, Qazaxıstan), Jalə Məhsimova (“Bəylərbəyispor”, Türkiyə), Nazlıcan Parlak, Kristina Bakarandze (“Qalatasaray”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Ayşən Əhmədova (“Krılya Sovetov”, Rusiya), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Yenisey”, Rusiya), Milana Rəhimova, Vüsalə Hacıyeva (hər ikisi “Ünyəspor”, Türkiyə).

Qeyd edək ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq milli komanda ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını “Liv Bona Dea Arena”da qəbul edəcək. Komandaların ikinci görüşü isə oktyabrın 29-da “Vizela” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Teqlər: