Millimizin oyunu qadın hakimə tapşırıldı

Millimizin oyunu qadın hakimə tapşırıldı

Avro-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və İsveç yığmaları arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşma İsveçrədən olan hakimlər briqadasına həvalə olunub.

Matçı qadın referi Ester Ştaubli idarə edəcək. Onun köməkçiləri Yonas Erni və Süzanna Künq olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. VAR sisteminə Lukas Fandrix nəzarət edəcək. Lionel Tsçudi isə onun köməkçisi olacaq.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

Teqlər: