18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının C divizionundakı oyunlarının təqvimi bəlli olub.
AzerTimes xəbər verir ki, B qrupunda yer alan yığma ilk matçını iyulun 25-də Lüksemburqa qarşı keçirəcək.
Bir gün sonra Cəbəllütariqı sınağa çəkəcək komanda iyulun 27-də Ermənistanla münbasibətilərinə aydınlıq gətirəcək. Kollektiv qrupdakı son görüşündə isə Moldova ilə üz-üzə gələcək.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək.