Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniya yığmasının sükanı arxasına əsas namizədlərdən biridir.
AzerTimes Report-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu vəzifədə həmyerlisi Eduardo Reyanı əvəzləyə bilər.
Albaniya Futbol Federasiyası 77 yaşlı baş məşqçi ilə başa çatan müqaviləni yeniləməyəcək. De Byazi ilə yanaşı, Dino Baccio və Esteban Kambyasso da yığmaya rəhbərlik etməyə namizədlərdən hesab olunur.
Yeni baş məşqçinin adına dekabrın ortalarında aydınlıq gələcək.
Qeyd edək ki, Canni De Byazinin AFFA ilə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqaviləsi var. 2011 – 2017-ci illərdə də Albaniya yığmasına başçılıq edən 66 yaşlı mütəxəssis komandanı Avro-2016-nın final mərhələsinə çıxarıb.