Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı

Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrəyə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

AzerTimes AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.

Yığmanın heyəti: Aytac Şərifova “Trabzonspor” (Türkiyə), Nərgiz Əliyeva “Qaradəniz Ereğli Belediyespor” (Türkiyə), Günay İsmayılova (“Neftçi”), Nigar Mirzəliyeva “Zenit” (Rusiya), Nərgiz Hacıyeva “Trabzonspor” (Türkiyə), Manə Mollayeva (“Neftçi”), Ayşən Əhmədova PAOK (Yunanıstan), Alina Dorofeyeva “Yenisey” (Rusiya), Diana Məmmədova “Yenisey” (Rusiya), Fidan Cəfərova “Baku Juniors”, Aysun Seydiyeva “Neftçi”, Vüsalə Hacıyeva “Amedspor” (Türkiyə), Firəngiz Teymurova “Neftçi”, Jalə Məhsimova “Bəylərbəyi Spor” (Türkiyə), Yeliz Acar “Fateh Vətən” (Türkiyə), Peritan Bozdağ “Fateh Vətən” (Türkiyə), Əsra Manya “Beşiktaş” (Türkiyə), Kristina Bakarandze “Qalatasaray” (Türkiyə), Coşqunə Əliyeva “Neftçi”, Sevinc Cəfərzadə “Eastern Flames” (Səudiyyə Ərəbistanı), Milana Rəhimova “Neftçi”, Nazlıcan Parlak “Qalatasaray” (Türkiyə), Vüsalə Seyfəddinova “Olimpiada İmittou” (Yunanıstan).

B liqasının l qrupunda mübarizə aparan yığma aprelin 5-də saat 19:45-də səfərdə Macarıstan, aprelin 9-da saat 16:00-da isə Bakıda İsveçrə ilə görüşəcək. Toplanış aprelin 1-də Macarıstana səfərlə başlayacaq.

Teqlər: