Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb.
AzerTimes xəbər verir ki, III Moldova ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib.
Aydın Süleymanlı – İvan Şitko 1:0
Nicat Abasov – Andrey Makovey 0,5:0,5
Şəhriyar Məmmədyarov – Yeqor Laşkin 1:0
Məhəmməd Muradlı – Viktor Boloqan 0,5:0,5
Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub.