Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb.
AzerTimes xəbər verir ki, bu gün Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşan millimiz rəqibini 5:2 hesabı ilə məğlub edib. Millimizin qollarını Eduardo Borges, Saiti Ensi, Rafael Vilela, Felipinyo və Amaedo da Silva vurublar.
Oyundan əvvəl AFFA-nın baş katibi Sərxan Hacıyev və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov futzalçı karyerasını başa vuran Vitali Borisova milli komandanın formasını və diplom təqdim ediblər.
Millimiz əsas seçmə mərhələdə sonuncu oyununu martın 7-də səfərdə Polşa yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan yığması altıncı qrupda doqquz xalla liderdir. Altı xala malik Polşa kollektivi ikinci sırada qərarlaşıb.