Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
AzerTimes xəbər verir ki, “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Xorvatiya oyunu 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Millimizin qolunu qarşılaşmanın 31-ci dəqiqəsində Nazlıcan Parlak vurub.
Komandalar arasında noyabrın 10-da keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.