21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
AzerTimes xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Slovakiya yığması ilə qarşılaşıb.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan seçməsi iyunun 11-də “Liv Bona Dea Arena”da Bolqarıstan millisi ilə yoxlama matçına çıxacaq. Oyun saat 20:00-da başlayacaq.