Millimiz Səudiyyə ilə qarşılaşdı

Millimiz Səudiyyə ilə qarşılaşdı

Antalyada təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu keçirib.

AzerTimes xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandası ilə qarşılaşma 2:2 hesabı ilə nəticələnib.

Millimizin qollarını 5-ci dəqiqədə Murad Məmmədov və 90-cı dəqiqədə penaltidən Sadiq Şəfiyev vurublar. U-19 eyni rəqiblə fevralın 11-də növbəti dəfə üz-üzə gələcək.

Teqlər: