Millimiz Serbiyaya məğlub oldu

Millimiz Serbiyaya məğlub oldu

Avropa çempionatının seçmə mərhələsində Serbiya millisi ilə qarşılaşan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası məğlub olub.

AzerTimes xəbər verir ki, “Dalğa Arena”da gerçəkləşən matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa da eyni hesabla uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma turnir cədvəlində sonuncu – altıncı pillədə qərarlaşıb.

Teqlər: