19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Şimali Makedoniyaya məğlub olub.
AzerTimes xəbər verir ki, Bakıda keçirilən matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 49-cu dəqiqədə Sənan Ağalarov açıb. Lakin Marko Stoyilevskinin 77, Hacika Canovskinin isə 85-ci dəqiqədə vurduğu qol Şimali Makedoniyaya qalibiyyət gətirib.
Qeyd edək ki, bu komandalar arasında martın 24-də keçirilən ilk yoxlama görüşü qolsuz bərabərliklə yekunlaşıb.