Kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərində start götürən Ümumdünya Şahmat Olimpiadasına qələbəylə start verib.
AzerTimes xəbər verir ki, yığma komanda ilk görüşündə Əlcəzair seçməsinə 4:0 hesabı ilə qalib gəlib.
Azərbaycan – Əlcəzair 4:0
Rauf Məmmədov – Əli Nəssr 1:0
Qədir Hüseynov – Lamin Brahami 1:0
Vasif Durarbəyli – Massinas Cabri 1:0
Nicat Abbasov – Kalil Benqerabi 1:0
Qeyd edək ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisi də hazırda BƏƏ ilə qarşılaşır. Milli komanda hazırda 3:0 hesabı ilə öndədir.