Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama görüşündə qalib gəlib.
AzerTimes xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-18 2:1 hesablı qələbəyə sevinib.
Komandamızın heyətində qolları 5-ci dəqiqədə Emin Feyzullayev və 56-cı dəqiqədə Rəşad Alışov vurublar.
Qeyd edək ki, komandalar arasında oktyabrın 29-da keçirilən ilk oyunda Monteneqro yığması 2:0 hesablı qələbə qazanıb.