Millimiz Moldovada coşqu ilə qarşılandı – Foto

Millimiz Moldovada coşqu ilə qarşılandı – Foto

Azərbaycanın futbol üzrə milli komandası Moldova ilə noyabrın 16-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı artıq Kişinyov şəhərinə gəlib.

AzerTimes xəbər verir ki, Kişinyov Beynəlxalq Hava Limanında millimizi Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşları, Moldova Azərbaycanlıları Konqresinin fəalları, soydaşlarımız coşqu ilə qarşılayıblar.

Moldova Azərbaycanlıları Konqresi millimizə dəstək olmaq məqsədilə soydaşlarımız üçün 150 bilet alıb.

Kişinyovdakı Zimbru stadionunda keçiriləcək oyunu yüzlərlə soydaşımızın izləyəcəyi gözlənilir.

Teqlər: