Azərbaycanın futzal üzrə U-19 millisi AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq turnirdə ikinci oyununa çıxıb.
AzerTimes-ın məlumatına görə, təmsilçimiz Mərakeşin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Bu gün Bakı İdman Sarayında keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 millimiz daha öncə Belarus yığmasına 1:3 hesabı ilə uduzmuşdu. Yarışa noyabrın 30-da keçiriləcək Belarus – Mərakeş matçı ilə yekun vurulacaq.