İyulun 14-də qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyadakı təlim-məşq toplanışı çərçivəsində beynəlxalq yoldaşlıq oyunu keçirib.
AzerTimes xəbər verir ki, Latviya yığması ilə oyun 1:1 hesabı ilə nəticələnib.
Millimizin heyətində Alina Dorofoyeva fərqlənib.
Komandalar arasında növbəti oyun iyulun 17-də keçiriləcək.