Millimiz İsveçrəyə uduzdu

Millimiz İsveçrəyə uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

AzerTimes xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib.

Komanda B Liqasının I qrupunun görüşündə rəqibinə 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib – 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi mayın 31-də səfərdə “ay-ulduzlular”ın qonağı olacaq.

Teqlər: