21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
AzerTimes-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Helsinkidəki eyniadlı stadionda təşkil olunan qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə bitib. 48-ci dəqiqədə Musa Qurbanlı penaltidən yararlana bilməyib. Rəqibin qollarını 50-ci dəqiqədə Naatan Skutta, 55-ci dəqiqədə Oliver Antman və 79-cu dəqiqədə Aqon Sadiku vurub.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran Finlandiya A qrupunun lideri olan Xorvatiyaya çatıb.
Azərbaycan yığması isə 7 xalla 5-ci pillədə qərarlaşıb. Komanda növbəti matçını iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.