Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk matçını keçirib.
AzerTimes xəbər verir ki, komanda Moldova yığması ilə üz-üzə gəlib. “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.
A qrupunun digər görüşündə İtaliya Estoniyanı məğlub edib – 3:1.