Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti matçını keçirib.
AzerTimes xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə qarşılaşıb.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.
Azərbaycan millisi üçüncü yer uğrunda mübarizə aparacaq.