Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində sonuncu oyununu keçirib.
AzerTimes-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Polşanın qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 7:2.
Polşalıların qollarını Mikolay Zastavnik (4), Yakub Raşkovski və Tomaş Krezel vurublar. Azərbaycan yığmasından isə İsa Atayev və Amadeu fərqləniblər.
Bu nəticədən sonra hər iki komandanın 9 xalı olsa da, Polşa seçməsi qrupu ilk pillədə tamamlayıb. Bakıdakı matçda minimal hesabla (3:4) uduzan polşalılar şəxsi oyunlardakı üstünlüyə görə qrup qalibi olub.
Elit-raunda vəsiqəni ötən tur təmin edən Azərbaycan millisi isə qrupu ikinci sırada başa vurub.