Millimiz Belarusa məğlub oldu

Millimiz Belarusa məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir.

AzerTimes xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək.

Baş məşqçi Pərviz Səmədovun komandası İslamiadadakı rəqibi Mərakeş, həmçinin Belarus yığması ilə üz-üzə gələcək.

Bu gün millimiz ilk yoxlama oyununda gücünü sınayıb. Voleybol Mərkəzində Belarus millisi ilə qarşılaşan yığmamız rəqibinə 1:3 hesabı ilə məğlub olub.

Azərbaycan yığması növbəti yoxlama oyununu iyulun 21-də Belarusa, ayın 19-da və 22-də isə Mərakeşə qarşı keçirəcək.

Teqlər: