Millimiz azlıqda qalan rəqibinə uduzdu

Millimiz azlıqda qalan rəqibinə uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

AzerTimes-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Bakıda Şimali İrlandiyanı qəbul edib.

“Azərsun Arena”da gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Rəqib 38-ci dəqiqədə azlıqda qalıb, bir dəqiqə sonra isə Camal Cəfərov penaltidən yararlana bilməyib.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda səfərdə Serbiyaya 0:2 hesabı ilə uduzmuşdu.

Teqlər: