Millimiz ardıcıl üçüncü qələbəsini qazandı

Millimiz ardıcıl üçüncü qələbəsini qazandı

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

AzerTimes xəbər verir ki, yığma III turda İsrail seçməsi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən milli komanda ardıcıl 4-cü qələbəsini qazanıb.

Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələyib.

İsrail – Azərbaycan – 1:3

Marsel Yefroimski – Günay Məmmədzadə – 0,5:0,5

Dina Belenkaya – Xanım Balacayeva – 0:1

Maşa Klinova – Gövhər Beydullayeva – 0,5:0,5

Mixal Lahav – Ülviyyə Fətəliyeva – 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Teqlər: