Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.
AzerTimes xəbər verir ki bu barədə FIFA məlumat yayıb.
Canni De Byazinin baş məşqçisi olduğu yığma 1155.91 xalla 120-ci sırada qərarlaşıb.
Komanda son olaraq Avro-2024-ün seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəlib, evdə Avstriyaya uduzub – 0:1.
Millinin rəqiblərindən Belçika (1793,1) 5-ci, İsveç (1545,76) 23-cü, Avstriya (1535,41) 25-ci, Estoniya (1159,33) isə 118-ci yerdədir.
Son dünya çempionu Argentina 1861,29 xalla liderdir. Fransa (1853,11) ikinci, Braziliya (1812.2) üçüncüdür. Türkiyə yığması isə 1498,5 xalla 38-ci mövqedə qərarlaşıb.