Milli yığmamızın baş məşqçisi tezliklə təyin olunacaq

Milli yığmamızın baş məşqçisi tezliklə təyin olunacaq

İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Qurumun rəsmi saytında bildirilir, saat 15:00-da başlayacaq iclasın gündəliyinə daxil olan əsas məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir. Gündəlikdə digər məsələlər də yer alıb.

Qeyd edək ki, hazırda əsas namizədlər əcnəbilərdən italiyalı Canni De Byazi, irlandiyalı Roy Kin və ötən ildən millimizdə məşqçi kimi çalışan azərbaycanlı mütəxəssis Arif Əsədovdur.