Milli Qvardiya Vaşinqtona göndərildi

ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın Vaşinqtona göndərilməsilə bağlı göstəriş verib.

Yenicag.az xəbər verir ki, bunun Trampın mətbuat katibi Keyli Makinani “Twitter” səhifəsində yazıb.

Makinani digər hüquq-mühafizə orqanlarının da Vaşinqtona göndərildiyini bildirib.

Donald Tramp tərəfdarlarının bir hissəsinin Konqresin binasını tərk etsə də, aksiyaçıların çox hissəsinin hələ də içəridə olduğu qeyd edilir.

Qeyd edək ki, Pentaqon Vaşinqton rəhbərliyinin Milli Qvardiya dəstələrinin Kapitoli rayonuna göndərilməsi ilə bağlı istəyini rədd etmişdi.

www.yenicag.az

Teqlər: