Milli Qəhrəman olan sabiq icra başçısı vəfat etdi

Milli Qəhrəman olan sabiq icra başçısı vəfat etdi

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 72 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, o, uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, M.Abdullayev 1992-1993-cü illərdə Goranboyun icra başçısı kimi fəaliyyət göstərib.

O, Birinci Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak edib. 1992-ci ildə Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaətinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Teqlər: