Xəbər - Samir Əli – Trend:
1997-ci ildən başlayaraq Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun təşəbbüsü ilə 11 yanvar tarixi Dünya Milli Parklar və Qoruqlar Günü kimi qeyd edilir.
Bu günün qeyd edilməsində məqsəd dünyada nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunması, ictimaiyyətin diqqətini xüsusi mühafizə olunan ərazilərə cəlb etməkdir. Bu gün Azərbaycanda da hər il qeyd edilir. Azərbaycanda hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bununla bağlı Trend Tv-yə müsahibə verib.
Xidmət rəsmisi müsahibə zamanı Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsi, ölkənin dünyaca məhşur palçıq vulkanları və flora-fauna növlərinin qorunması, Milli Parklarda son vəziyyətlə bağlı danışıb.
Videomüsahibəni təqdim edirik.